“Artıq bir neçə gündür milli toplanışdadır. Hazırlıq gedir və cümə günü Rumıniya ilə qarşılaşacağıq. Çalışacağıq ki, bu matçda yaxşı nəticə qazanaq”.
QOL.az xəbər verir ki, bu sözləri DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniya yığması ilə dekabrın 15-də Bakıda qarşılaşacaq Azərbaycan millisinin baş məşqçi Vitali Borisov deyib.
Bu gün brifinq keçirən mütəxəssis rəqibin oyununu təhlil etdiklərini bildirib: “Bu gün iki məşqimiz nəzərdə tutulub. Elə günlər olub ki, 1 dəfə hazırlıq keçmişik. Nəzəri məşqlərimiz də olur. Rumıniyanın oyunlarını izləyirik, çıxışlarını təhlil edirik. Rəqibin heyətində müəyyən qədər dəyişikliklər var”.
O, bu dəfə yerli çempionatda çıxış edən oyunçulara daha çox şans verəcəyini vurğulayıb: “Millimizin heyətində də dəyişikliklər var. Düşündük ki, bu 2 matçda daha çox Azərbaycan çempionatında çıxış edən oyunçulara şans verək. Bu toplanışa ölkə xaricindən çox az oyunçu dəvət etmişik. Heyətdə hazırda cəmi 2-3 legioner var”.
Borisov qeyd edib ki, bu dəyişiklik növbəti mərhələ şansının az olması ilə bağlı deyil: “Sadəcə belə qərar verdik. Şansımızı hələ itirməmişik. Düzdür, son 2 oyunda qalib gəlsək də, hər şey bizdən asılı deyil. 9 xal kifayət etməyə bilər. Digər qruplardakı vəziyyət həlledici olacaq. 5 qrupdan 4 ən yaxşı ikinci yeri tutanlar mərhələ adlayacaqlar”.
Səfərdəki məğlubiyyətə baxmayaraq, millimizin çalışdırıcısı bu dəfə qələbəyə inanır: “Səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzmuşduq. Halbuki həmin matçda məğlub olmamalıydıq. Qol imkanlarını boşa vermişdik. Bu dəfə evdə oynayırıq. Heyətimiz təcrübəlilərdən ibarətdir. Eləcə də gənclər də öz güclərini göstərməlidirlər”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq