“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniyanın gsp.ro saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- “Neftçi”ni ilk “üçlüy”ə yüksəltdikdən sonra vəziyyət necədir?
- Bir aydır məğlub olmuruq, komanda daha yaxşı durumdadır. Azərbaycanın ən böyük klublarından olan “Neftçi” üzərində həmişə təzyiq var. Hamı nəticə gözləyir.
- Mənəvi cəhətdən güclüsünüz?
- Əlbəttə. Amma bunu məndən niyə soruşursunuz?
- “Turan Tovuz” üzərində qələbədən (3:2) sonra da yerli jurnalistlərin sizə qayğısı olmadı.
- Mən yaxşıyam, müqavimət göstərə bilərəm.
- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Derbidən nə gözləyirsiniz?
- Bu, son 10 ildə ənənə halını alan derbidir. “Qarabağ” son 10-15 ildə çox inkişaf edib. Bizi çox çətin matç gözləyir. "Qarabağ" yaxşı komandadır, bunu Avropa Liqasının qrup mərhələsində də sübut edib. İndi də Avropa baharı üçün mübarizə aparır. Onlar Çempionlar Liqasında çıxış ediblər, keyfiyyətli komandadırlar.
- Son vaxtlar adınız ÇFR-lə birgə hallanır. Bu klubdan sizə təklif gəlib?
- Mənə heç bir təklif olmayıb. Uzun müddətdir ki, adım ÇFR-lə birgə çəkilir. Reallıqdan uzaq olan məsələyə münasibət bildirəcək heç nə yoxdur.
- Nə vaxtsa yenidən Rumıniyaya qayıtmağı düşünürsünüz?
- Rumıniya? İndi yalnız “Neftçi” barədə düşünürəm. Ona görə də diqqətimi 100 faiz komandama, burada görəcəyim işlərə yönəltmişəm. Gələcəklə bağlı nəsə deməyim düz çıxmaz. Ancaq hər zaman demişəm ki, Rumıniyada işləməyi xoşlayıram.
- Qışda sabiq klubunuz “Rapid”dən təklif gəlsə, hansı cavabı verərsiniz?
- Birincisi, mən indi “Neftçi”nin baş məşqçisiyəm, burada sahib olduqlarım məni daha çox maraqlandırır. “Rapid”in məşqçisi var, onunla uğur qazanacaqlarını düşünürəm. Təkcə onu deyə bilərəm ki, “Rapid”də çox yaxşı işlər görmüşəm.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq