Yunanıstan növbəti iki ay ərzində azarkeşlərin futbol stadionlarına getməsini qadağan edib.
QOL.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis məlumat verib. Bu qərar fan qruplarının zorakılığını dayandırmaq üçün bir tədbir olaraq qəbul edilib.
“Yunanıstan çempionatının bütün oyunları yaxın iki ay ərzində, yəni fevralın 12-dək bağlı qapılar arxasında keçiriləcək. Bu tədbir, həmçinin birinci peşəkar kateqoriyanın müvafiq komandalarının daxil olduğu Super Liqa 2 B komandalarının ev oyunlarına da şamil ediləcək.
2024-cü il fevralın 12-dək futbol oyunlarının təhlükəsiz keçirilməsi ilə bağlı hüquqi şərtlərə tam əməl edilmədikdə, onun tətbiqinin müddətinin uzadılması məsələsinə baxılması məqsədilə yuxarıda göstərilən qərarın icrasının nəticələrinə qiymət veriləcək. Məqsəd matç iştirakçılarının həyatı və fiziki toxunulmazlığı üçün risklərdən qaçmaq, həmçinin ictimai asayişi və təhlükəsizliyi mümkün qədər qorumaqdır" deyə Marinakis “Reuters”ə açıqlamasında deyib.
Beləliklə, stadionda azarkeşsiz ilk oyun “Olimpiakos”un Avropa Liqasında dekabrın 14-də Serbiyanın “Baka Topola” komandası ilə ev oyunu olacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq