"Növbəti mərhələyə yüksəlmək şansımız var, amma hər xal uğrunda gərgin mübarizə gedəcək".
QOL.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Fərid Atakişiyev DÇ-2024-ün elit mərhələsində Rumıniya və Niderland yığmalarına qarşı keçirəcəkləri matçdan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
33 yaşlı oyunçu komandanı qarşıda maraqlı və ağır görüşlərin gözlədiyini bildirib: "Təcrübəli futzalçı kimi yığmaya bacardığım qədər kömək edəcəyəm. Rumıniya və Niderland milliləri yüksəlişdədirlər. Çalışacağıq doğma meydan amilindən istifadə edək. Daha sonra səfərdə keçirəcəyimiz Niderlandla matç haqqında fikirləşmək olar”.
"Neftçi"də çıxış edən oyunçu uzun fasilədən sonra milliyə dəvət almasına da toxunub: "Hazırlıq prosesi maraqlı keçir. Əlbəttə, yığmanın düşərgəsində olmaq fəxrdir. Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçiyə təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində dekabrın 15-də Bakıda Rumıniyanı qəbul edəcək, bundan 5 gün sonra isə səfərdə Niderland ilə görüşəcək.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi