Bir abunədə iki xidmətdən yararlanın.
Şərqi Avropa və Mərkəzi Asiyanın aparıcı idman multimedia platforması olan “Setanta Sports” ilə qlobal yayım xidməti “Netflix” abunəçilərə ən yaxşı idman tədbirlərinə və əyləncə məzmununa bir təklifdə çıxış imkanı vermək üçün 13 ölkədə eksklüziv tərəfdaşlıq elan edib. Yeni “Fan Pack” abunəliyi bir ödəniş müqabilində “Setanta Sports” və “Netflix”ə qoşulmağa imkan verəcək.
Həyəcanla hansısa futbol matçını gözləyirsinizsə, həlledici UFC döyüşü izləmək üçün dəqiqələri sayırsınızsa və yaxud eyni vaxtda maraqlı serial axtarışındasınızsa, “Fan Pack” əsl sizin üçündür!
Məsələn, fantastik dünyaya daxil olmaq istəsəniz “The Witcher”, avtobioqrafik janrda idman dünyasını isə “Beckham” serialı ilə kəşf edə bilərsiniz.
İndi bir abunə ilə siz “Setanta Sports”da bütün Formula 1 Qran-Prilərinə baxa və eyni zamanda “Netflix”də “Formula 1: Drive to Survive” sənədli serialında bu idman növü haqqında ətraflı məlumat ala bilərsiniz.
Həmçinin “Break Point” serialında tennis dünyasının pərdəarxası kadrlarını izləyərək heç vaxt olmadığı qədər bu idman növünə yaxın olmaq şansı yaxalayaqcasınız.
“Biz idman və əyləncə həvəskarlarına eksklüziv təklif yaratmaq üçün “Netflix” ilə əməkdaşlıq etməkdən məmnunuq. “Netflix” və onun məşhur film və seriallarının qlobal şəkildə tanınması bazarda mövcudluğumuzu gücləndirməkdə əsas rol oynayır, çünki “Fan Pack” ən yaxşı idman yarışları və unikal “Netflix” məzmununun vəhdətini təklif edir. Bu tərəfdaşlıq müqaviləsi abunəçilərimizin bir paketdə ehtiyac duyduqları hər şeyi tapa bilməsini təmin etmək üçün mühüm addımdır”, - deyə “Setanta Sports”un idman departamentinin baş direktorunun müavini Tamara Badaşvili qeyd edib.
“Biz həmişə “Netflix”ə abunə olmağı və onu izləməyi asanlaşdırmağa çalışırıq, istər televizorunuzda, telefonunuzda, planşetinizdə və ya kompüterinizdə - evdə və ya yolda. Bu çoxölkəli tərəfdaşlıq vasitəsilə biz “Netflix”i idman və əyləncə məzmununda ən yaxşıları ilə maraqlanan daha geniş auditoriya üçün əlçatan edəcəyik”, - deyə “Netflix”in Mərkəzi və Şərqi Avropa zonasının inkişaf üzrə direktoru Maja Porcinska qeyd edib.
Azərbaycanda “Fan Pack”i haradan və necə əldə etmək olar?
“Setanta Sports” və “Netflix” “Fan Pack”ini əldə etmək üçün setantasports.com/fanpack linkinə daxil olun və üstünlük verdiyiniz abunəliyi seçin.
Abunə qiymətləri:
Əsas: 7,99 avro
Standart: 9,99 avro
Premium: 11,99 avro
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu