"Beşiktaş" 5 futbolçusunu zəif oyuna görə əsas komandadan kənarlaşdırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilib:
“Əsas komandanın 5 oyunçusu heyətdən çıxarılıb. Futbol komandalarının baş koordinatoru Samet Aibaba Vinsent Abubakar, Valentin Rozye, Erik Bayi, Raşid Qezzal və Jan Onananı komandadakı zəif performans və uyğunsuzluq səbəbindən heyətdən kənarlaşdırıb. Biz heyətin yenidən qurulması üzərində işləməyə davam edirik”.
Qeyd edək ki, "Beşiktaş" Superliqanın 15 matçından sonra turnir cədvəlində 26 xalla 5-cidir. Komanda son oyununda - İstanbul derbisində "Fənərbaxça"ya uduzub.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi