Bir neçə gün əvvəl Rumıniya mətbuatı “Neftçi”nin baş məşqçisi Adrian Mutu ilə bağlı iddia irəli sürdü.
“Prosport” nəşri məlumat yaydı ki, 44 yaşlı mütəxəssis artıq bu qış transfer pəncərəsi zamanı Azərbaycanı tərk edərək ölkəsinin “ÇFR Kluj” komandasına baş məşqçi təyin oluna bilər. Bildirilir ki, klub qış fasiləsində italiyalı baş məşqçisi Andrea Mandorlinini istefaya göndərə bilər. Klubun sahibi Nelu Varga da Mandorlini ilə yolları ayırmaq variantının olduğunu təsdiqləyib.
Klubun idman direktoru Marius Bilasko isə Mutunun mümkün təyinatı ilə bağlı “Orang Sport”un sualını belə cavablandırıb: “Bilmirəm, hər şey ola bilər. Həqiqətən hər şey mümkündür. Son vaxtlar baş verənlərdən razı deyilik. Futbolçular və məşqçilər də narazıdır. Nəticə yoxdur”.
QOL.az xəbər verir ki, Rumıniya mətbuatına yayılan yeni xəbərə görə, klubun sahibi Nelu Varga Andrea Mandorlinidən qış fasiləsinə qədərki 4 matçın hamısında qalib gəlməyi tələb edib. Əsk halda, o, istefaya göndəriləcək.
Mutunun "ÇFR Kluj"a mümkün baş məşqçi təyinatına Andrea Mandorlini münasibət bildirib. Rumıniya mətbuatının yazdığına görə, 60 yaşlı mütəxəssis İtaliyanın "TMW" nəşrinə müsahibəsində deyib: "Mən 30 ildir baş məşqçiyəm, o (Mutu - red.) isə bu işə yeni başlayıb. Biz müqayisə oluna bilmərik. Buradakı karyeramın qarşıdakı nəticələrdən asılı olduğunu bilsəm də, bunu özümə qarşı təhlükə hesab etmirəm. Mən sakitəm".
Qeyd edək ki, Adrian Mutu hələlik haqqında yayılan bu iddialara münasibət bildirməyib. 2023-cü ilin yayında "Neftçi"yə baş məşqçi təyin edilən rumıniyalının klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?