"Oyundan sonra paltardəyişmə otağında coşqulu anlar yaşanırdı. Bu qələbəyə görə çox sevinirik. Ümid edirəm ki, Belçika səfərində də qələbənin ardını gətirə biləcəyik".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avro-2024-ün seçmə mərhələsində İsveç üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.
Matçdan sonra jurnalistlərin suallarını cavablandıran M.Emreli meydana yalnız qələbə üçün çıxdıqlarını bildirib: "De Byazi oyundan əvvəl də qələbəmizə inanırdı. Hamımızın da fikrində yalnız qələbə var idi. Meydana yalnız və yalnız 3 xal üçün çıxmışdıq. Qarşılaşmadan sonra baş məşqçimiz bizi təbrik etdi və dedi ki, belə komandam olduğu üçün fəxr edirəm".
O, milli komandamızın son zamanlar inamlı təsir bağışladığını qeyd edib: "Millimizin son oyunlarını yəqin ki, hər kəs izləyib. İstər Belçika, istər Estoniya, istər Avstriya, istərsə də bugünkü İsveç matçı - bu oyunların hamısında rəqibdən üstün futbol sərgiləmişik. Doğru yoldayıq. Ona görə də düşünürəm ki, gec-tez nəticə də gələcək. Çalışmalıyıq ki, bu tempi qoruyub saxlayaq".
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı