"Dinamo"nun (Kiyev, Ukrayna) baş məşqçisi Mirça Luçesku klubdan ayrılmasının səbəbini açıqlayıb.
QOL.az prosport.ro-ya istinadən xəbər verir ki, mütəxəssis gənc məşqçilərə şans verilməsi üçün və ölkədə müharibə vəziyyətinin davam etməsinə görə belə qərar qəbul etdiyini deyib:
“Elə bir məqam gəldi ki, mən gənc oyunçulara daha yaxın olan gəncə mütəxəssisə yer vermək barədə düşünməli oldum. Mənə emosional olaraq ağır gəldi. Mənim üçün ən çətin anlar hər matçdan əvvəl sükut dəqiqələri və ölkədəki vəziyyət oldu.
Düşündüm ki, vəzifədən getməyin və son nəticələrə görə məsuliyyəti öz üzərimə götürməyin vaxtıdır. Dedim ki, bəzən məşqçi özünü qurban verməlidir ki, başqaları bundan faydalansın. Mənə təsir edən bir neçə məqam oldu. Uzun müddət düşündüm, klubun prezidenti ilə danışdım və ona dedim ki, bu vəzifəyə daha gənc biri gəlsə, yaxşı olar".
Xatırladaq ki, noyabrın 3-də Luçesku “Dinamo”dan ayrıldığını və məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı. O, 2020-2023-cü illərdə kluba rəhbərlik edib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi