İngiltərənin "Liverpul" klubunun və Kolumbiya millisinin futbolçusu Luis Diasın atası Luis Manuel Dias və anası Silenis Marulanda girov götürülüb. Sonradan Silenis Marulanda tapılsa da, ata Diasın axtarışları davam etdirilir.
QOL.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kolumbiya hökumətinin nümayəndəsi Otti Patino məlumat verib. O, Manuel Diasın Milli Azadlıq Ordusu (ELN ) tərəfindən (bəzi ölkələr onu terrorçu təşkilat kimi tanıyıb) qaçırıldığını bildirib. Patino bu faktı təsdiq etdiklərini söyləyib.
O deyib: "Əldə etdiyimiz məlumata görə, oktyabrın 28-də Luis Diasın atası Luis Manuel Dias Quajira inzibati bölgəsindəki Barrankas şəhərində ELN ilə əlaqəli bir bölmə tərəfindən qaçırılıb. Biz cənab Luis Manuel Diasın dərhal azad edilməsini tələb edirik. Biz onun təhlükəsizliyinin təmin olunmasını istəyirik və ELN-ni məsuliyyətli davranmağa çağırırıq”.
Kolumbiyanın nüfuzlu "El Tiempo" qəzetində dərc olunan xəbərdə ELN üzvlərinin ata Diası azad etməyə söz verdiyi bildirilib.
Məlumata görə, Diasın valideynləri öz maşınları ilə Barrankas şəhərinə gedərkən silahlı şəxslər tərəfindən girov götürülüb. Sonradan Diasın anası Silenis Marulanda Barrankas yaxınlığındakı bir kənddə tapılıb. Ölkə prezidenti Qustavo Petro bildirib ki, polis ata Diasın tapılması istiqamətində bütün gücünü ortaya qoyub.
Bildirilib ki, ata Diasın yerinə bilib xəbər edən şəxslərə 50 min dollara yaxın pul mükafatı veriləcək.
Hadisə ilə əlaqədar Luis Dias "Liverpul"un son turda "Nottingem Forest"ə qarşı oyununda (3:0) iştirak etməyib.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu