Mahir kubok oyununda qol vurdu

Mahir kubok oyununda qol vurdu
XƏBƏR 1 Noyabr 2023 / 19:30 5575
-  A +

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya kubokunda 1/8 final oyununa çıxıb.

QOL.az xəbər verir ki, Zaqreb təmsilçisi aşağı liqa təmsilçisi "Oriolik"in qonağı olub. Matç "Dinamo"nun 8:0 hesablı qələbəsi ilə başa çatıb. M.Emreli 62-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının 7-ci qolunun müəllifi olub. O, 82-ci dəqiqədə qol ötürməsi də verib.

"Oriolik" - "Dinamo" (Zaqreb) - 0:8
Qollar:
Stubikan, 25, Drniç, 29-pen.40-pen. 42, Bernuer, 45+2, Marin, 54, Mahir Emreli 77, Kulenoviç, 82

Bu qələbə ilə Zaqreb klubu 1/4 finala yüksəlib.


Son xəbərlər
topaz banner