7 yaşından "Bavariya"da idi, peşəkar müqavilə imzaladı

7 yaşından "Bavariya"da idi, peşəkar müqavilə imzaladı
XƏBƏR 1 Noyabr 2023 / 14:04 3316
-  A +

"Bavariya" 19 yaşlı yarımmüdafiəçi Aleksandar Pavloviçlə peşəkar müqavilə imzalayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Münhen təmsilçisinin yetirməsi ilə sözləşməsi 2027-ci ilin iyul ayına kimi hesablanıb.

Qeyd edək ki, Pavloviç 7 yaşında "Bavariya"nın akademiyasına qəbul olunub və indiyədək klubun aşağı yaş qruplarında çıxış edib. O, Bundesliqanın 9-cu turunda "Darmştadt"la qarşılaşmada (8:0) əsas komandada debüt edib. 

A.Pavloviç dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, milliyyətcə serb olsa da, Almaniya vətəndaşıdır. 


Son xəbərlər
topaz banner