"İnter" Lukakunun təhqir olunmasına görə cərimələndi

"İnter" Lukakunun təhqir olunmasına görə cərimələndi
XƏBƏR 1 Noyabr 2023 / 12:10 1404
-  A +

İtaliya Futbol Federasiyası "İnter" azarkeşlərinin "Roma"nın futbolçusu Romelu Lukakunu təhqir etməsi səbəbindən Milan təmsilçisini cərimələyib.

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Fanatlar oktyabrın 29-da A Seriyasının matçında "Roma"nın hücumçusu Romelu Lukakunu təhqir ediblər. Onlar hətta topu qəbul edərkən Romelunu fitə basıblar.

Nəticədə qurum "İnter"i 5 min avro məbləğində cərimələyib. 

Qeyd edək ki, sözügedən oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner