Azərbaycan klubunun oyunçusu ağır cəza aldı

Azərbaycan klubunun oyunçusu ağır cəza aldı
XƏBƏR 31 Oktyabr 2023 / 17:12 3217
-  A +

AFFA İntizam Komitəsi “Araz Naxçıvan” futzal klubunun oyunçusu Mateus Lukas Dos Santosu 4 oyunluq diskvalifikasiya edib.

QOL.az xəbər verir ki, buna səbəb onun Yüksək Liqanın IV turunda “Record club”a qarşı oyundakı təcavüzkar davranışı olub.

Qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi bilərkdən ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alan Mateus komandasının qarşıdakı 4 oyununu buraxacaq.

Qeyd edək ki, görüş “Araz Naxçıvan”ın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner