"Mançester Siti" ilin ən yaxşı futbol klubudur

"Mançester Siti" ilin ən yaxşı futbol klubudur
XƏBƏR 31 Oktyabr 2023 / 01:04 1551
-  A +

Ötən ilin ən yaxşı futbol klubunun adı açıqlanıb.

QOL.az xəbər verir ki, bu ada “Mançester Siti” layiq görülüb. Klub “France Football” nəşrinin təşkil etdiyi "Qızıl top"un təqdimetmə mərasimində mükafatlandırılıb.

Ötən mövsüm Pep Qvardiolanın baş məşqçilik etdiyi komanda Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə Kubokunun qalibi olub. Bu mövsüm “şəhərlilər” İspaniya “Sevilya”sını penaltilər seriyasında məğlub edərək UEFA Superkubokunu qazanmağı bacarıb.

2022-ci ildə də ilin ən yaxşı futbol klubu adına məhz "Mançester Siti" layiq görülmüşdü. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner