Martinez hamını qabaqladı

Martinez hamını qabaqladı
XƏBƏR 31 Oktyabr 2023 / 00:45 2574
-  A +

“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martinez ötən ilin ən yaxşı qapıçısı seçilib.

QOL.az xəbər verir ki, 31 yaşlı futbolçu "Qızıl top"un təltifetmə mərasimində "Lev Yaşin" mükafatına layiq görülüb. Səsvermədə ilk "3-lüy"ə “Mançester Siti”dən Ederson və “Əl-Hilal”dan Yasin Bono da daxil olub.

Xatırladaq ki, 2022-ci ildə Martinez Argentina millisinin heyətində dünya çempionu olub. 

Ötən il bu mükafatı Tibo Kurtua qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner