İlin ən yaxşı gənc futbolçusunun adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu, "Real"ın 20 yaşlı yarımmüdafiəçisi Cud Bellinqem olub. O, səsvermədə səsvermədə Eduardo Kamavinqa (“Real”, İspaniya), Qavi, Pedri, Alexandro Balde (hamısı “Barselona”, İspaniya), Camal Musiala (“Bavariya”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Elye Vahini (“Lans”, Fransa) qabaqlayıb.
İngiltərəli futbolçu ötən mövsümü Dortmund "Borussiya"sında keçirib və burada bütün turnirlərdə 42 oyuna çıxıb, 14 qol vurub və 7 qolun ötürməsini verib. O, "France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizədlər arasında 18-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Bellinqem son transfer pəncərəsində Dortmund "Borussiya"sından "Real"a 103 milyon avroya keçib. Oyunçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. "Transfermarkt" internet portalına görə Bellinqemin təxmini dəyəri 120 milyon avrodur.
Qeyd edək ki, ötən il ilin ən yaxşı gənc futbolçusu adına "Barselona"dan Qavi layiq görülmüşdü.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi