“Napoli”nin stadionunun dayanacağında meyit tapıldı

“Napoli”nin stadionunun dayanacağında meyit tapıldı
XƏBƏR 30 Oktyabr 2023 / 16:26 1895
-  A +

İtaliya A Seriyasının 10-cu turunun "Napoli" - "Milan" matçından sonra Neapoldakı "Dieqo Armando Maradona" stadionunun yeraltı dayanacağında kişi meyiti tapılıb.

Qol.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Kişinin meyiti gecə saat ikidən sonra stadionun qonaq sektorunun altındakı tərk edilmiş otaqda aşkar edilib. Polisin rekonstruksiyasına görə, qaçan iki nəfər tunel vasitəsilə tribunalara daxil olmağa çalışıb. 42 yaşlı kişi təxminən 20 metr hündürlükdən yerə yıxılıb.

Xatırladaq ki, dünən, oktyabrın 29-da “Napoli” “Milan”la heç-heçə edib (2:2). 


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner