İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurdu

İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurdu
XƏBƏR 30 Oktyabr 2023 / 15:25 2607
-  A +

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Denni Drinkuoter peşəkar futbolçu karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib. Drinkouter 33 yaşında futbolla vidalaşdığını deyib: 

“Peşəkar futboldan ayrıldığımı elan edirəm. Bunu açıqlamağın vaxtı çatıb. Çox uzun müddət idi ki, oynamaq istəyirdim, amma özümü gördüyüm səviyyədə çıxış etmək imkanım olmadı. 6-7 yaşımdan bəri futbol mənim həyatımın mərkəzində idi. İndi vidalaşmağın vaxtıdır".

Qeyd edək ki, Denni karyerası ərzində "Mançester Yunayted", "Lester", "Ridinq", "Çelsi" və digər komandalarda çıxış edib. Drinkouter 2017/18 mövsüündə "Lester"lə Premyer Liqanın qalibi olub. O, İngiltərə millisində 3 oyun keçirib.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner