Vüsal Albaniyada daha bir qol vurdu

Vüsal Albaniyada daha bir qol vurdu
XƏBƏR 28 Oktyabr 2023 / 21:30 3092
-  A +

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda 10-cu turda səfərdə “Skenderbeu” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İsgəndərli meydana start heyətdə çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 3-cü dəqiqədə Vüsal vurub. O, 53-cü dəqiqədə isə sarı vərəqə alıb.

Qeyd edək ki, "Eqnatiya" hazırda 20 xalla 1-ci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner