Musa oynadı, komandası qalib gəldi

Musa oynadı, komandası qalib gəldi
XƏBƏR 28 Oktyabr 2023 / 19:34 3505
-  A +

Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 28-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə "Brommopoykarna" ilə üz-üzə gəlib. Matç "Yurqorden"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Musa da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə Noel Milleskoqla əvəzlənib.

Qeyd edək ki, "Yurqorden" hazırda turnir cədvəlində 50 xalla 4-cü, "Brommopoykarna" isə 27 xalla 14-cüdür. 

"Brommopoykarna" - "Yurqorden" - 1:2

Qollar: Vaşiç, 79 - Berqveyl, 33, Fallenyus, 58


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner