Klopp: "Salahın sümükləri 20 yaşlı oğlandakı kimidir"

Klopp: "Salahın sümükləri 20 yaşlı oğlandakı kimidir"
XƏBƏR 27 Oktyabr 2023 / 21:58 1598
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçusu Məhəmməd Salah haqqında danışıb.

QOL.az BBC-yə istinadən xəbər verir ki, o, 31 yaşlı forvard haqda müsbət fikirlər səsləndirib:

“Meydandan kənarda o, özünü böyüklər kimi aparır, amma hələ də gənc oyunçudur. Salah yaxşı vəziyyətdədir. Əgər onu skan etsəniz, yəqin ki, sümüklərinin çoxunun 19-20 yaşlı oğlandakına bənzədiyini görəcəksiniz. Çünki o, özünə yaxşı baxır”.

Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 9 oyun keçirib, 7 qol vurub, 4 qolun ötürməsini verib.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner