Azərbaycanın tanınmış diktoru vəfat etdi

Azərbaycanın tanınmış diktoru vəfat etdi
XƏBƏR 26 Oktyabr 2023 / 21:30 6341
-  A +

Tanınmış idman diktoru Ramiz Qafarov vəfat edib.

QOL.az xəbər verir ki, o, bu gün axşam saatlarında ürəktutmasından dünyasını dəyişib.

Qafarovun Çelenc Kubokunda ”Xarıbülbül” (Azərbaycan) - “Spartak” (Slovakiya) voleybol matçının gedişatında halı pisləşib. Diktor xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramiz Qafarov uzun illərdir Tofiq Bəhramov adına Respublika Stadionunun diktoru idi. O, bir çox dövlət tədbirlərində də diktor olub.

Allah rəhmət eləsin!


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner