Neymar qumarda böyük məbləğdə pul uddu

Neymar qumarda böyük məbləğdə pul uddu
XƏBƏR 25 Oktyabr 2023 / 11:47 7822
-  A +

Dünyaca məşhur futbolçu, "Əl-Hilal"ın hücumçusu Neymar onlayn poker turnirində böyük məbləğdə pul qazanıb.

Qol.az xəbər verir ki, braziliyalı forvard "PokerStars" turnirinə 5,2 min dollar (4,8 min avro) giriş haqqı ödəyərək qeydiyyatdan keçib. Nəticədə o, turnirdə 66 min dollar (62 min avro) qazanaraq 2-ci yeri tutub. Lider 91,6 min dollar (86 min avro) qazanan Dominikas Mikensonas olub. Turnirdə 59 futbolçu iştirak edib.

Xatırladaq ki, Neymar hazırda zədəlidir. Futbolçu DÇ-2026-nın seçmə mərhələsində Uruqvay millisi ilə matçda (0:2) dizinin ön çarpaz bağından zədələnmişdi. O, zədə səbəbindən 7-9 ay oynamayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner