Azərbaycan U-17 millisi böyük hesabla uduzdu

Azərbaycan U-17 millisi böyük hesabla uduzdu
XƏBƏR 24 Oktyabr 2023 / 16:58 2236
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Füzuli Məmmədovun komandası Sloveniya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, U-17 ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu. Yığma növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner