Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Maraqlıdır, bəs Sumqayıt şəhərini təmsil edən və hazırda rəqiblərini "Kapital Bank Arena"da qəbul edən "Sumqayıt" futbol klubu ev oyunlarını "Mehdi Hüseynzadə"də nə vaxt keçirəcək?
Məsələ ilə əlaqədar "Sumqayıt" klubundan Qol.az-a açıqlama verilib. Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu "Sumqayıt" klubunun balansında deyil:
"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu artıq istifadəyə yararlıdır. Ötən gün ölkə başçısı da arena ilə tanış oldu. Yəni, stadiondan istifadə olunmasına rəsmi icazə verilib. Lakin "Sumqayıt" klubunun öz ev oyunlarını o arenada keçirə bilməsi üçün müəyyən prosedurlar var. Stadion Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Əgər klub ilə Sumqayıt şəhər İcra Hakimiyyəti arasında razılaşma olarsa, komanda orada oynaya bilər. Bundan sonra məlum olacaq ki, biz ilk oyunumuzu orada nə vaxt keçirəcəyik. Stadion hazırdır, amma bəzi xırda detallar var. Bura internet xətti, paltardəyişmə otağı, göstərici tablolar, jurnalistlər üçün zona məsələləri həllini tapmalıdır. Amma bunlar stadionun "Sumqayıt" klubunun sərəncamına verilməsindən sonra ola bilər".
Bəs, klub bununla bağlı İcra Hakimiyyətinə müraciət edibmi? Mətbuat xidmətinin rəhbəri bu suala cavabında deyib: "Klubun bu mövzuda Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edib-etmədiyi barədə məlumat yoxdur. Bir məlumat öyrənsək, ictimayyətə geniş açıqlama verəcəyik".
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu