"Qarabağ"ın rəqibi 4 qolla qalib gəldi

"Qarabağ"ın rəqibi 4 qolla qalib gəldi
XƏBƏR 22 Oktyabr 2023 / 22:05 3418
-  A +

İsveç çempionatında 27-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Hekken" öz meydanında "Norrkopinq"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Hekken" - "Norrkopinq" - 4:1

Qollar: Sanko, 11 (1:0), Numan, 22 (1:1), Cilufya, 44 (2:1), Sanko, 54 (3:1), Sanko, 74 (4:1)

Bu qələbə ilə xallarını 54-ə yüksəldən "Hekken" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda səfərdə "Hekken"i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında növbəti oyun dekabrın 14-də Bakıda olacaq.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner