Musa Qurbanlının komandasından heç-heçə

Musa Qurbanlının komandasından heç-heçə
XƏBƏR 22 Oktyabr 2023 / 19:09 3142
-  A +

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da çıxış etdiyi "Yurqorden" bu gün İsveç çempionatında 27-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda öz meydanında "Hammarbi" ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.

Musa Qurbanlı start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. 

Bu nəticədən sonra "Yurqorden" 47 xalla 4-cü, "Hammarbi" 41 xalla 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 57 xalla "Elfsborq" başçılıq edir.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner