İsrailli futbolçular bugünkü oyuna çıxmayacaqlar

İsrailli futbolçular bugünkü oyuna çıxmayacaqlar
XƏBƏR 21 Oktyabr 2023 / 11:43 2336
-  A +

"Antalyaspor"un israilli futbolçuları Ramzi Safuri və Sagiv Yehezkel Türkiyə Superliqasının 9-cu turunda "Qaziantep"lə matça çıxmayacaqlar.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar etiraz olaraq oyuna çıxmayacaqlar. Buna səbəb Türkiyə Futbol Federasiyasının İsrailin hücumu nəticəsində həlak olmuş Fələstin sakinlərinin xatirəsinin bu həftə oynanılacaq matçlarda bir dəqiqəlik sükutla yad olunmasına qərar verməsidir.

Yarımmüdafiəçilər artıq qarşılaşmanı bokyot edəcəklərinu "Antalyaspor" rəhbərliyinə bildiriblər. Klub isə onların qərarını qəbul edib.

Qeyd edək ki, sözügedən matç bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner