Ötən gün Azərbaycan 1-ci liqasının 5-ci turunda keçirilməli olan "İmişli" - "İrəvan" görüşü qonaq tərəfin futbolçularının oyunu boykot etməsi səbəbindən baş tutmadı. Qeyri-rəsmi xəbərlərə görə, "İrəvan" klubu futbolçuların borcunu ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıblar. Oyunla bağlı yekun qərarı AFFA-nın İntizam Komitəsi verəcək.
Qaydalara əsasən, matça getməyən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir.
Qeyd edək ki, mövsümün əvvəlində AFFA-nı yaydığı açıqlamada 1-ci Liqa klublarının hər birinə illik 300 min manat vəsaitin ayrılacağı qeyd olunmuşdu.
Bəs "İrəvan" futbolçularının maaşlarının ödənilməməsinə və bu cür bir vəziyyətin yaranmasına səbəb nədir?
Məsələ ilə əlaqədar Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahdəldiyevlə əlaqə saxladıq. O, Qol.az saytına açıqlamasında problemin klubun özündən qaynaqlandığını və klubların büdcə planlamasına PFL-in qarışmadığını deyib:
"Bu, klubun daxili işidir. Futbolçuya veriləcək məvacibi klub özü müəyyənləşdirir. Bu da büdcə ilə əlaqədardır. Biz Peşəkar Futbol Liqası olaraq klubların daxili məsələlərinə qarışa bilmərik. Hansısa bir müdaxilə etmək imkanımız yoxdur".
A.Şahgəldiyev qeyd edib ki, dövlətin klublara ayırdığı vəsaitin xərclənməsinə Nəzarət Təftiş Komissiyası tərəfindən ciddi nəzarət edilir:
"Bilirsiniz ki, Nəzarət Təftiş Komissiyası yaradılıb. Həm Premyer Liqa, həm 1-ci liqa, həm də 2-ci liqa klublarına ayrılan vəsaitin xərclənməsinə Nəzarət Təftiş Komissiyası ciddi şəkildə nəzarə edir. Klublar hara, nə qədər pul xərcləyirlər, bunların hamısının hesabatı bir-bir alınır. Buna futbolçuların maaşı da daxildir. Məsələ odur ki, komandanın büdcəsi vəsaiti aşır. Verilən 300 min manat komandanın 1 il müddətində ayaq üstə qalması üçündür. Amma əgər klub futbolçulara daha artıq maaş vəd edirsə, müqavilədə də qeyd olunursa, biz buna nəsə edə bilmərik. Klub iddialı komanda yaradırsa,futbolçulara daha çox maaş verir. Məsələn, "Qarabağ"a da Premyer Liqadakı digər bütün klublar kimi 3 milyon manat vəsait ayrılır. Amma "Qarabağ"ın büdcəsi 3 milyon manat deyil axı. Daha çoxdur".
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?