Benzemanı terror təşkilatı ilə əlaqədə ittiham etdi

Benzemanı terror təşkilatı ilə əlaqədə ittiham etdi
XƏBƏR 18 Oktyabr 2023 / 11:52 2415
-  A +

Fransanın daxili işlər naziri Gerald Darmanin “Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Darmanin deyib: “Biz hamımız bilirik ki, cənab Kərim Benzemanın “Müsəlman qardaşları” ilə bədnam əlaqələri var”.

Bundan əvvəl  Benzema İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə etmişdi.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edib.


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner