“Neftçi” “Spartak”ın (Moskva) futbolçusu Leon Klassenə maraq göstərməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Bakı təmsilçisinin 23 yaşlı alman müdafiəçi ilə danışıqlar apardığı və bu yay onu heyətinə cəlb etmək istəməsi barədə xəbəri Rusiya mətbuatı yayıb.
Qol.az xəbər verir ki, paytaxt klubundan “Sport-ekspress” qəzetinə verilən açıqlamada məlumat təsdiqlənib. Klubun mətbuat xidmətindən bildirilib ki, “Neftçi” həqiqətən adıçəkilən oyunçu ilə maraqlanıb:
“Hətta ilkin mərhələdə müəyyən razılıq da əldə olunmuşdu. Amma Klassen digər Avropa klublarından da təklif gözlədiyindən bu məsələ yubanmağa başladı. Klassen “Neftçi”yə cavab verəndə isə klub digər oyunçunun xeyrinə qərar qəbul etmişdi. Bu səbəbdən sövdələşmə baş tutmadı. Biz futbolçunu izləməkdə davam edirik və gələcəkdə birgə əməkdaşlıq variantını istisna etmirik”.
Qeyd edək ki, Almaniyada doğulan Klassen Rusiyanın idman vətəndaşlığını qəbul edib. O, bu ölkənin U-21 də daxil olmaqla aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar