"Yuventus"un və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Faqioli qanunsuz mərcdə şübhəli bilinir.
Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
22 yaşlı futbolçu qanunsuz platformalarda mərc oynadığına görə istintaqa cəlb olunub. Bu, məsələ ilə əlaqədar profillərə girişi yoxlayan müstəntiqlər tərəfindən təsdiqlənib. İşlə Turin prokurorluğu məşğul olur.
İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu da baş verənlərdən xəbərdardır. Müvafiq hesabat avqustun 30-da Faqiolinin vəkilləri tərəfindən göndərilib. Prokuror Cüzeppe Cine istintaqın gedişatını diqqətlə izləyir.
İdman qanunlarının mümkün pozulmasına görə, Faqiolinin 3 ilədək və ya daha çox müddətə diskvalifikasiya, həmçinin 25 min avro və ya daha çox cərimə ilə üzləşəcəyi gözlənilir.
İtaliyada idmançılara və idman rəsmilərinə təmsil etdikləri idman növü üzrə mərc etmək qadağandır.
Qeyd edək ki, Faqioli 2023/24 mövsümündə A Seriyasında 6 oyun keçirib və 1 qolun ötürməsini verib. Tərəflərin müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb