Azərbaycan millisi Qazaxıstana yenə uduzdu

Azərbaycan millisi Qazaxıstana yenə uduzdu
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2023 / 19:42 4211
-  A +

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı komanda A qrupunun favoriti sayılan Qazaxıstanla üz-üzə gəlib. Azərbaycan millisi hesabda 2:0 öndə olsa da üstünlüyünü sona qədər qoruya bilməyibi, yekunda 2:3 hesabı ilə uduzub.

Astanadakı Jekpe-Jek Sarayında keçirilən matç Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Bu komandaların oktyabrın 7-də Bakıda keçirilən qarşılaşmada Qazaxıstan millisi 4:2 hesablı qələbə qazanmışdı.
 
Qeyd edək ki, millimiz hazırda 3 xalla qrupda 3-cü, Qazaxıstan isə 12 xalla liderdir.

11 oktyabr

Qazaxıstan – Azərbaycan - 3:2  
Qollar:
Amadeu, 4 (0:1), Qalo, 9 (0:2), Leo, 13 (1:2), Orazov, 18 (2:2), Duqlas, 22 (3:2)

Komanda

O

Q

H/H

M

T/F

X

1

Qazaxıstan

4

4

0

0

13-7

12

2

Rumıniya

4

2

1

1

9-7

7

3

Azərbaycan

4

1

0

3

11-11

3

4

Niderland

4

0

1

3

3-11

1


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır

16.06.24  12:40

Spaletti rekord qırdı