"Londona ən yaxşı oyunumuzu göstərmək üçün gedirik" - Mateuş Koxalski

"Londona ən yaxşı oyunumuzu göstərmək üçün gedirik" - Mateuş Koxalski
XƏBƏR 23 Sentyabr 2024 / 13:00 4037
-  A +

“Stadionda əla atmosfer var idi. Hiss olunurdu ki, Azərbaycan derbisidir. Bu, həm də mənim “Qarabağ”da ilk derbim idi. Çox şadam ki, qələbə qazandıq, 3 xal əldə etdik”.

QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı qolkiper Misli Premyer Liqasının 7-ci turunda “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri görüşü belə şərh edib: “Yaxşı oynadıq. Əvvəlki matçlarda bir qədər problem yaşayırdıq, çox qol vura bilmirdik. Lakin “Neftçi” ilə görüşdə 4 dəfə fərqlənə bildik. Buna görə çox şadam. Nəticəyə baxmayaraq, oyun heç də asan keçmədi. “Neftçi”nin heyətində çox yaxşı oyunçular var”.

Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində səfərdə “Tottenhem”ə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Onlara qarşı oynamaq mənim arzumdur. “Tottenhem” çox böyük klubdur. Londonda ən yaxşı oyunumuzu göstərmək üçün gedirik. Əlimizdən gələni edəcəyik ki, səfərdə yaxşı nəticə qazanaq”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner