"Messinin "Barselona"ya qayıdışı fərziyyədir"

"Messinin "Barselona"ya qayıdışı fərziyyədir"
XƏBƏR 11 Oktyabr 2023 / 09:00 1914
-  A +

"Barselona"nın vitse-prezidenti Eduard Romeu argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, o, artıq bunu mümkün olmayacağına işarə edib: "Messinin qayıdışı? Biz ona hörmət edirik. Messi, buna layiqdir. Lakin qalan hər şey sadəcə fərziyyədir, biz bu haqda danışmayacağıq”.

Lionel Messi yay transfer pəncərəsində PSJ-dən ayrıldıqdan sonra azad agent kimi "İnter Mayami"yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 13 matçda iştirak edib, 11 qol vurub və 5 qolun ötürməsini verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner