"Neftçi"nin sabiq baş məşqçisi istefaya göndərildi

"Neftçi"nin sabiq baş məşqçisi istefaya göndərildi
XƏBƏR 7 Oktyabr 2023 / 16:28 4665
-  A +

"Şerif" baş məşqçi Roberto Bordini istefaya göndərib.

Qol.az xəbər verir ki, bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, bu ilin yanvarın 9-da əvvəllər də çalışdırdığı “Şerif”ə baş məşqçi təyin edilmişdi. Bordinin müqaviləsi 2024-cü ilin oktyabrında başa çatacaqdı.

Xatırladaq ki, Bordin 2018-2020-ci illərdə "Neftçi"yə baş məşqçilik edib.

Daha çox


Son xəbərlər
topaz banner