1:7-dən sonra klub rəhbərliyi və məşqçilər istefa verdi

1:7-dən sonra klub rəhbərliyi və məşqçilər istefa verdi
XƏBƏR 7 Oktyabr 2023 / 15:35 7930
-  A +

"Ludoqorets"in (Bolqarıstan) rəhbərliyi, idarə heyəti və məşqçilər korpusu istefa verib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İstefalara səbəb Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Norşellann"a 1:7 hesabı ilə məğlubiyyət olub. Klub ağır məğlubiyyətin səbəbinin bütün klub funksionerlərində olduğu bildirib.

Qeyd edək ki, "Ludoqorest" ölkə çempionatında 10 turdan sonra 20 xalla 6-cı, Komanda Konfrans Liqasında isə 2 turdan sonra 3 xalla 3-cüdür.

Daha çox


Son xəbərlər
topaz banner