"Qarabağ"la oyuna hazırıq" - Adrian Mutu

"Qarabağ"la oyuna hazırıq" - Adrian Mutu
XƏBƏR 7 Oktyabr 2023 / 09:49 3014
-  A +

“Neftçi”nin baş məşqçisi Adrian Mutu klubun televiziyasına açıqlama verib.

Qol.az xəbər verir ki, mütəxəssis Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda danışıb:

“Bəli, matça hazırıq. Məşqlərimiz yaxşı keçir. Bizi necə matçın gözlədiyini bilirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, azarkeşlər yenə böyük dəstək verərək yanımızda olacaqlar. Uyğunlaşma dövrü, demək olar ki, başa çatıb. Elə oyunçularımız var ki, onlardan gözləntilərimiz daha çoxdur və komandaya böyük fayda verə bilərlər. Bunun üçün də zamana ehtiyac var”.

Mutu zədəsini sağaldan yarımmüdafiəçi Eddi İsrafilova “Qarabağ”la görüşdə şans verə biləcəyini qeyd edib:  “Eddi İsrafilova “Qarabağ”la görüşdə bir neçə dəqiqə oynamaq imkanı verə bilərəm. O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonrakı dönəm üçün tam hazır olacaq. Eddi bizə meydanda lazım olan futbolçulardandır. Komandaya təsirini xüsusi qeyd etmək lazımdır. Ona böyük hörmətim var”.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” - “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner