Poqba futboldan uzaqlaşdırıla bilər

Poqba futboldan uzaqlaşdırıla bilər
XƏBƏR 6 Oktyabr 2023 / 18:28 2052
-  A +

Fransa millisinin və "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba futboldan uzaqlaşdırıla bilər.

Qol.az xəbər verir ki, 30 yaşlı futbolçunun verdiyi 2-ci dopinq testinin nəticəsi müsbət olub.

Poqbann 20 avqust tarixində verdiyi dopinq testi də müsbət çıxmışdı. 30 yaşlı oyunçu qərardan narazı qaldığı üçün yenidən testdən keçməyi tələb edib.

Təcrübəli yarımmüdafiəçinin 2-4 ill müddətinə futboldan uzaqlaşdırılma cəzası alacağı gözlənilir.

Bu halda "Yuventus" Polqanın 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsini vaxtından əvvəl ləğv edəcək.

Daha çox


Son xəbərlər
topaz banner