Futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi Kaka 2024-cü il dünya çempionatının elit-raundunun bu gün Bakıda, oktyabrın 11-də isə Astanada Azərbaycan millisinə qarşı keçiriləcək oyunlarla bağlı fikirlərini bildirib.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü yerli federasiyanın mətbuat xidmətinə açıqlamasında rəqibin yaxşı komanda olduğunu deyib:
"Düşünürəm ki, hər növbəti matç ən vacib olandır. Ona görə də biz ancaq bu gün Azərbaycana qarşı keçiriləcək matçı düşünürük.Hazırlıqlar yaxşı gedir, futbolçular həmişə olduğu kimi, çox motivasiyalı və məsuliyyətli yanaşırlar. Rəqibimiz üçün sona qədər hazırlaşacağıq. Uşaqlar yaxşı durumdadır.Düşünürəm ki, bu oyunda biz daha yaxşı oyun göstərməliyik. Azərbaycan yaxşı komandadır, milliləşdirilmiş futbolçular, bacarıqlı oyunçuları var. Özü də, evdə oynayacaqlar. Bizim kimi onlar da əsas rəqib hesab olunurlar. Çox maraqlı və yaxşı oyun olacaq".
Qeyd edək ki, bu gün Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Qazaxıstan qarşılaşması saat 20:00-da başlayacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb