Qvardiola Ferqyusonu geridə qoydu

Qvardiola Ferqyusonu geridə qoydu
XƏBƏR 5 Oktyabr 2023 / 14:29 1838
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Leyptsiq"lə matç "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, görüşdə "şəhərlilər" Bundesliqa təmsilçisini məğlub ediblər. Bu qələbə Qvardiola üçün Avropanın əsas klub turnirində 103-cü olub. Bununla da Pep "Mançester Yunayted" ilə ÇL-in 190 matçında 102 qələbə qazanan Ser Aleks Ferqyusonu qabaqlayıb. 

Qvardiola bu nailiyyətə 161 oyuna çatıb.

Siyahıya "Real"ın baş məşqçisi italiyalı Karlo Ançelotti liderlik edir. Onun 193 matçda 109 qələbəsi var.

Daha çox


Son xəbərlər
topaz banner