Qurban Qurbanovdan Veşoviçin son durumu ilə bağlı açıqlama

Qurban Qurbanovdan Veşoviçin son durumu ilə bağlı açıqlama
XƏBƏR 4 Oktyabr 2023 / 22:11 4203
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Marko Veşoviçin son durumu haqda danışıb.

Qol.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Hekken"lə matç öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib:  "Hələ ki, komandaya qoşulmayıb, fərdi məşqlərə başlayıb. Meydanlara qayıtması xeyli vaxt alacaq. Böyük ehtimalla, bir ay olmayacaq".

Qeyd edək ki, Marko iyulun 25-də, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakov"la görüşdən əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı. O, həmin vaxtdan etibarən yaşıl meydanlardan kənardadır.

Daha çox


Son xəbərlər
topaz banner