"Bavariya" bunu bacaran yeganə komandadır

"Bavariya" bunu bacaran yeganə komandadır
XƏBƏR 4 Oktyabr 2023 / 15:27 3164
-  A +

"Bavariya" Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Qol.az xəbər verir ki, Münhen təmsilçisi bunu ötən gecə qrup mərhələsini 2-ci turunda "Kopenhagen"ə qalib gəlməklə (2:1) bacarıb. Bundesliqa klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 18 oyundur ki, məğlub olmur. Bu da turnirin rekordu deməkdir.

"Bavariya" sonuncu dəfə 2017-ci ildə səfərdə PSJ-yə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Bavariya" hazıda A qrupunda 6 xalla liderdir.

Daha çox


Son xəbərlər
topaz banner