Ramosdan ÇL rekordu

Ramosdan ÇL rekordu
XƏBƏR 4 Oktyabr 2023 / 14:59 3198
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSV-yə qarşı matç (2:2) "Sevilya"nın müdafiəçisi Serxio Ramos üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, o, sözgedən görüşün 68-cı dəqiqəsində komanda yoldaşı Nemanya Qudelin vurduğu qolun ötürməsini verib. Bununla da 36 yaş 187 günlüyündə olan müdafiəçi ÇL-də qol ötürməsi verən ən yaşlı futbolçu kimi tarixə düşüb.

Əvvəlki rekord “Roma”nın sabiq hücumçusu Françesko Tottiyə məxsus idi - 37 yaş 355 gün.

Qeyd edək ki, Ramos sabiq klubu "Sevilya"ya sentyabrın 4-də qayıdıb.

Daha çox


Son xəbərlər
topaz banner