"Mançester Yunayted" Ten Haqı qovacaq?

"Mançester Yunayted" Ten Haqı qovacaq?
XƏBƏR 4 Oktyabr 2023 / 13:59 3200
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq, hazırkı zəif nəticələrə baxmayaraq, yaxın vaxtlarda klubdan qovulmayacaq.

Qol.az xəbər verir i, bu barədə "The Guardian" məlumat yayıb.

"Qırmızı şeytanlar” rəhbərliyi niderlandlı mütəxəssisə inanır və onun uzunmüddətli perspektivdə komandanı yeni səviyyəyə qaldırmağa qadir olduğunu düşünür. Ten Haqın klubdakı mövqeyi sarsılmaz hesab olunur.

“Mançester Yunayted”in baş məşqçisinin çoxlu sayda zədədən şikayət etməməsinə baxmayaraq, rəhbərlik hesab edir ki, bu məsələdə məşqçi və klubun bəxti gətirməyib, çünki 12 futbolçu eyni vaxtda sıradan çıxıb.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 2 oyunundan sonra “qırmızı şeytanlar” A qrupunda 0 xalla sonuncudur.

Daha çox


Son xəbərlər
topaz banner