Sarri: "Futbol belə qalsa, məşqçiliyi dayandıracağam"

Sarri: "Futbol belə qalsa, məşqçiliyi dayandıracağam"
XƏBƏR 4 Oktyabr 2023 / 10:59 3223
-  A +

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri sıx oyun təqvimindən narazıdır.

Qol.az xəbr verir ki, o, bu barədə açıqlamasında bildirib:

“Futbolla bağlı vəziyyət dəyişməsə, məşqçiliyi dayandıracağam. Bu cür futbolu sevmirəm. Səhər yuxudan duranda növbəti matçımızı kiminlə keçirəcəyimizə də baxmıram. Oyunlar çox tez-tez keçirilir, heyəti daim rotasiya etmək lazımdır”.

Qeyd edək ki, "Latsio" hazırda A seriyasında 7 xalla 16-cıdır. Bu gün, oktyabrın 4-də komanda Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Seltik"lə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner