UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür.
Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda saat 18:00-da İsveçə yollanacaq. “Qarabağ” “Scandic Opallen Hotel”də məskunlaşacaq.
Baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlayacaq. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda keçiriləcək.
Qeyd edək ki, oktyabrın 5-i oynanılacaq “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması