"Hakken" - "Qarabağ" oyununun hakimləri bilindi

"Hakken"  - "Qarabağ" oyununun hakimləri bilindi
XƏBƏR 3 Oktyabr 2023 / 12:43 4290
-  A +

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Hakken" (İsveç) - "Qarabağ" oyunu üçün hakim təyinatları müəyyənləşib.

Qol.az xəbər verir ki, matçı  Avstriya Futbol Federasiyasından Sebastian Qishamer idarə edəcək. Ona Roland Ridl və Santino Şreyner köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
28.11.23  13:12

VAR üçün vacib iclas