"İnter Mayami"nin sahibi Xorxe Mas argentinalı hücumçu Lionel Messini transfer etməklərindən danışıb.
Qol.az xəbər verir ki, bu yay 36 yaşlı hücumçunun PSJ-dən ayrıldıqdan sonra sabiq klubu "Barselona"ya qayıdacağı gözlənilirdi, lakin o, MLS təmsilçisinə keçdi. Xorxe Mas isə transferdən danışaraq həmin vaxt forvarda "Barselona" azarkeşləri ilə vida mərasimi təşkil edəcəyi haqda söz verdiyini deyib:
“Messinin “Barselona”dan ayrılması onun istəyi deyildi. Lionel uşaqlıqda onu qəbul edən klubu ilə vidalaşa bilmədi. Məncə, vəziyyət Lionelin istədiyi kimi olmadı. Mən ona söz verdim ki, "Barselona" azarkeşləri ilə vidalaşmaq imkanı olsun deyə, qarşıdakı illərdə mümkün olan hər şeyi edəcəyəm. Ola bilsin ki, "Barselona" ilə bir matç keçirək”.
Xatırladaq ki, Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 12 matçda 11 qol vurub və 5 qolun ötürməsini verib.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı